Tarix: 05.12.2016,   Saat: 04:24, Bazar ertəsi.          

Azərbaycan millisinin `İŞİD`-in tərkibində döyüşmüş sabiq güləşçisi öldürülüb -VİDEO

Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

 

Apasport.az saytının məlumatına görə, “İŞİD”in tərkibində “Al Bara” ləqəbi ilə döyüşən idmançı Mosul şəhərində Dağıstandan olan digər dindar, “Əbu Zeyd” kimi tanınan Məhəmməd Əhmədovla birgə qətlə yetirilib.

 

Belə ki, “İŞİD”ə qoşulan Əhmədovun ölüm xəbəri sentyabrın 22-də öz qohumları tərəfindən yayılıb. O, pilotsuz qurğu ilə zərbədən sonra dünyasını dəyişib. Həmin vaxt “Əbu Zeyd”lə birgə avtomobildə daha 5 nəfər olub. Onlardan da biri “Al Bara” imiş. Çamsulvarayevin ölümünü Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

 

32 yaşlı Çamsulvaranın qohumları hələlik onun ölümü barədə məlumata malik deyillər.

 

Qeyd edək ki, Çamsulvarayev Azərbaycan millisinin heyətində 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazanıb. Həmçinin 2009-cü ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var. 



  Bölmə: İdman | Baxış sayı: 344 | Tarix: 29.09.2016, 14:56


Xəbərlər