Azərbaycan millisi FIFA reytinqində 8 pillə geriləyib
31.03.2022 333 0.0 0

Azərbaycan millisi FIFA reytinqində daha 8 pillə geriləyib.

Məlumata görə, Canni De Byazinin baş məşqçi olduğu komanda 1126 xalla 129-cu sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzması səbəb olub. Komanda ötən reytinqdə 1139 xalla 121-ci olub.

Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454 xalla 45-ci, Belarus 1243 xalla 93-cü, Qazaxıstan isə 1134 xalla 125-cidir.

Reytinqin ilk pilləsində dəyişiklik baş verib. Belçikanı (1827) arxada qoyan Braziliya (1832) birinci sıraya yüksəlib. 1789 xala malik Fransa üçüncüdür. Türkiyə seçməsi 1461 xalla 43-cü yerdədir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar