Azərbaycan kubokunun finalında `Zirə` – `Qarabağ` oyunu olacaq
30.04.2022 452 0.0 0

Bu gün Azərbaycan kubokunda finalçılar bəlli olub.

Apasport.az saytının məlumatına görə, 1/2 final mərhələsinin cavab oyunları eyni gündə baş tutub.

Hər iki qarşılaşma Bakıda təşkil olunub. Öncə “Qarabağ” “Qəbələ”ni qəbul edib. Görüşün startında topa ilk zərbəni “Qarabağ” amputant komandasının kapitanı Elnur Sadiqov vurub. Səfərdə 3:1 hesabı ilə qalib gələn Premyer Liqanın lideri həlledici qarşılaşmaya vəsiqəni evdə asanlıqla rəsmiləşdirib. Rəqibinin qapısından 5 cavabsız top keçirən “Qarabağ” 2016/17 mövsümündən sonra ilk dəfə finala yüksəlib.

Çempionatın mükafatlarına iddialı “Neftçi” və “Zirə” növbəti Bakı derbisində qarşılaşıb. İlk oyunda olduğu kimi, cavab matçının da əsas vaxtında qapılara qol vurulmadığından, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Bu müddətdə də fərqlənmək mümkün olmayıb və penaltilər seriyasına müraciət edilib. “Lotereya”dan üzüağ çıxan tərəf “Zirə” olub.

Penaltilə seriyasında rəqibini 4:2 hesabı ilə məğlub edən Rəşad Sadıqovun yetirmələri finalda “Qarabağ”a rəqib olub.

Qeyd edək ki, kubokun final oyunu mayın 27-də baş tutacaq.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
29 aprel (cümə)

17:30. “Qarabağ” – “Qəbələ” - 5:0
Qollar: 
Ramil Şeydayev, 5, 58, Kadi Borqes, 13 (pen.), 17, Leandro Andrade, 37
Baş hakim: Elçin Məsiyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 15. Leandro Andrade, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 6. Patrik Andrade, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev (k), 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 34. Urfan Abbasov, 44. Salman Ələsgərov, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Azersun Arena”
İlk oyun – 3:1

20:30. “Neftçi” – “Zirə” - 0:0
Penaltilərlə - 2:4

Penaltilər seriyası: Emin Mahmudov - 1:0, Hamidu Keyta - 1:1, Tiaqo Bezerra - 2:1, Təmkin Xəlilzadə - 2:2, Eddi İsrafilov - 2:2 (qeyri-dəqiq), Qismət Alıyev - 2:3, Gilyermo Pato - 2:3 (qapıçı), Davit Volkov - 2:4
Baş hakim: Əliyar Ağayev
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 7. Azər Əliyev, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Bakcell Arena”
İlk oyun – 0:0


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar