Azərbaycan Kuboku: `Qəbələ`, `Zirə` və `Neftçi`nin rəqibləri məlum olacaq
04.12.2019 531 0.0 0

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunu keçiriləcək.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, bu qarşılaşmalar da Bakıda təşkil olunacaq.

Bir oyunluq sistemdə qaliblər 1/4 finalda "Qəbələ", "Zirə" və "Neftçi"yə rəqib olacaqlar.

Azərbaycan Kuboku, 1/8 final

4 dekabr (çərşənbə)

14:00. “Zirə” – “Qaradağ Lökbatan”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu ("CBC Sport"/canlı)

15:00. “Sabah” – “Ağsu”

Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bank Respublika Arena” (ehtiyat meydança), (Pfl.az/canlı)

17:00. “Sumqayıt” – “Zaqatala”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Cəmil Quliyev, Orxan Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Kapital Bank Arena” ("CBC Sport"/canlı).

Qeyd edək ki, ötən gün "Keşlə" 1/8 final görüşündə "Kəpəz"i üstələyib və növbəti mərhələdə "Qarabağ"a rəqib olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar