Azərbaycan istehsalı olan BRDM ilk dəfə nümayiş etdirib
29.09.2016 1270 0.0 0

Azərbaycan istehsalı olan BRDM ilk dəfə olaraq Bakıda keçirilən II “ADEX 2016” beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir. 
 
Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendindən verilən məlumata görə, BRDM-in üzərində Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan tank əleyhinə raket kompleksi quraşdırılıb. 
 
Bildirilib ki, BRDM-də dinamik müdafiəli hədəflərə qarşı tandem döyüş başlıqlı 4 raket, hərəkət vaxtı və hərəkətdə olan hədəflərə atış imkanı üçün 2 oxlu stabilləşdirici sistem, naviqasiya sistemi və dost-düşmən tanıtma sistemi var. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar