Tarix: 05.12.2016,   Saat: 00:19, Bazar ertəsi.          

Azərbaycan əhalisi əsasən ərzaq məhsullarına vəsait xərcləyir

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,0 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.



  Bölmə: İqtisadi | Baxış sayı: 314 | Tarix: 14.11.2016, 15:25


Xəbərlər