Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüş yeri dəqiqləşib
23.06.2016 926 0.0 0

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü iyulun sonu - avqustun əvvəlində Batumidə keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.

Nazir üç ölkənin nazirliyinin iclasda imzalanacaq memorandum üzrərində çalışdığını qeyd edib:

"Türkiyə müdafiə nazirinin dəyişməsi görüşümüzü bir qədər təxirə saldı. Görüşün iyulun əvvəlində keçirilməsi planlaşdırılırdı, amma o, iyulun sonunda və ya avqustun əvvəlində Batumidə keçiriləcək. Görüşdə memorandum imzalanacaq. Biz bütün məsələlərin birgə həllinə səy göstəririk".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar