Azərbaycan güləşçisi FİNALDA
17.05.2017 733 0.0 0

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Məlumata görə, final uğrunda mübarizədə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub.

R.Hüseynov rəqibinə vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar