“Eurovison-2015” mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı müəyyənləşib.
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 11-ci çıxacaq. Bu barədə müsabiqənin rəsmi saytında bildirilib.
Birinci yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də, müsabiqənin finalı isə mayın 23-nə reallaşacaq.
Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.
İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belə sıralanıb:
Moldova,
Ermənistan,
Belçika,
Niderland,
Finlandiya,
Yunanıstan,
Estoniya,
Makedoniya,
Serbiya,
Macarıstan,
Belarus,
Rusiya,
Danimarka,
Albaniya,
Rumıniya,
Gürcüstan.
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək:
Litva,
İrlandiya,
San Marino,
Monteneqro,
Malta,
Norveç,
Portuqaliya,
Çex Respublikası,
İsrail,
Latviya,
Azərbaycan,
İslandiya,
İsveç,
İsveçrə,
Kipr,
Sloveniya,
Polşa.