Azərbaycan diaspor təşkilatının rəhbəri: `Kalininqraddakı məscidi azərbaycanlılar öz hesabına tikib`
08.11.2017 839 0.0 0

“Rusiya Federasiyasının Kalininqrad şəhərində yaşayan azərbaycanlılar öz hesabına məscid tikdiriblər. Lakin deyirlər ki, guya məscidin tikintisində yeyinti olub”.

Bunu Kalininqrad şəhərində fəaliyyət göstərən "Azərbaycan" regional milli mədəniyyət mərkəzinin prezidenti Nadir Ağayev deyib.

N.Ağayev əlavə edib ki, məscidin tikintisində Kalininqrad şəhərində yaşayan azərbaycanlıların böyük əməyi olub: “Biz həmişə istəmişik ki, millətimiz arasında birlik olsun və bu birliyi yaratmağı bacarmışıq. Rusiya Federasiyasında yeganə azərbaycanlılarıq ki, öz hesabımıza Kalininqradda məscid tikmişik. Lakin deyirlər ki, məscidin tikilməsində yeyinti olub. Bizə məscidin tikilməsi üçün heç bir dövlət qurumu maliyyə vəsaiti ayırmayıb. Onda belə çıxır ki, özümüz öz pulumuzu mənimsəmişik?!”

Mərkəzin vitse-prezidenti İlham Ələkbərov bildirib ki, bütün söz-söhbətlər bir il ərzində yaranıb: “Mənə zəng olunanda bildirdim ki, Nadir Ağayev cəmiyyətin prezidentidir və siz onunla əlaqə saxlamalısınız. N.Ağayev nə sərəncam versə, biz elə də edərik. Həmi şəxs də Mərkəzin prezidentinə zəng edib və Nadir müəllimin Kalininqrad şəhərində olmadığını deyib. Xoşqədəm Baxşəliyeva cəmi bir gün Kalininqradda qalıb. O da gedib öz verilişində bu barədə danışıb. Bəs o, niyə verilişində göstərmədi ki, Aydının bacısı onun uşaqlarına necə baxır?! Niyə erməni məsələsi ortaya atılıb ki, guya Aydının uşaqları erməni qadının himayəsinə verilib. Bu yalan və böhtandır, çünki belə bir şey yoxdur. Xoşqədəm xanım efirdə məni tanımadığını dedi. Sonradan ona zəng etdim və məni niyə tanımadığını soruşdum. O da mənə cavab olaraq dedi ki, mən sizi çox yaxşı tanıyıram. Ona dedim ki, əgər siz məni tanıyırsınızsa, onda niyə Diaspor haqqında efirdə neqativ fikirlər səsləndirirsiniz. O, mənə elə demədiyini və onu səhv anladığımı bildirdi”.

İ.Ələkbərov qeyd edib ki, X.Baxşəliyevanın məscid barədə danışmağı düzgün deyil: “Məscidin tikintisində Kalininqradda yaşayan hər bir azərbaycanlının əməyi var. Biz öz əlimizlə bu məscidi tikmişik. Məsciddə yerdən otura bilməyən həm yaşlı, həm də səhhətində problem olan şəxslər üçün stul qoyulub. O da verlişində deyir ki, guya məsciddə stulda oturmaq qəbahətdir”/Report/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar