«Azərbaycan Dəmir Yolları» beynəlxalq agentlik ilə əməkdaşlığı dayandırıb
06.01.2016 525 0.0 0

 "Azərbaycan Dəmir Yolları" QSC “Standart&Poor’s” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb.
 
“APA-Economics”in verdiyi xəbərə görə, “Standart&Poor’s” "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqini şirkətin öz istəyi ilə geri çağırıb.
 
Qeyd edək ki, reytinq agentliyi 2015-ci il dekabrın 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin kredit reytinqini "BB-", proqnozunu isə "neqativ" səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyinin icrasını 3 gün gecikdirməsi olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar