Azərbaycan buğda idxalını dörd dəfədən çox artırıb
29.03.2022 329 0.0 0

Azərbaycan 2022-ci ilin yanvarında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artırıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verilir.

Qeyd olunur ki, hesabat dövründə 93,7 min tondan çox buğda idxal edib.

Yanvar ayında ölkəyə idxal olunan buğdanın dəyəri 32,475 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvarı ilə müqayisədə 4,5 dəfə çox olub.

 

 

Hesabatda qeyd olunur ki, buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunub. Ötən ilin yanvarı ilə müqayisədə Rusiyadan idxal 37,1 faiz azalıb, Qazaxıstanın isə payı müvafiq olaraq 37 faiz artıb./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar