Azərbaycan bu zavoddan illik 800 milyon dollar gəlir götürə bilər
20.09.2017 674 0.0 0

Azərbaycan iqtisadiyyatının Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən tikilən “Star” neft emalı zavodunun fəaliyyətindən illik gəliri işə düşdükdən sonrakı beş il ərzində 600 milyon dollardan çox təşkil edəcək.

Trend-in məlumatına görə, bunu Neftçilər gününə həsr olunmuş tədbirdə çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, növbəti on il ərzində isə gəlirlər 800 milyon dollardan çox olacaq.

SOCAR prezidenti deyib: “Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyənin “Petkim” negt-kimya kompleksini nafta ilə təchiz edəcək”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar