Azərbaycan Belarusdan elektrik avtobusları alıb
28.06.2019 90 0.0 0

Azərbaycan Belarusun “Belkommunmaş” holdinqindən 4 elekriklə hərəkət edən avtobus alıb.

“BelTA” İnformasiya agentliyinə istinadən verilən məlumata görə, holdinq öz istehsalı olan 90-dan artıq elektrik avtobusunun satışını həyata keçirib.

Bu avtobusların 90 ədədə yaxını ancaq Belarusdan olan alıcılara göndərilib və 4 ədəd elektrik avtobusu isə Azərbaycana ixrac edilib.

Bundan başqa, hazırda elektrik avtobuslarının Gürcüstana tədarük edilməsi ilə bağlı perspektivlər işlənilir. Elektrik avtobuslarının iki nümunəsi Avropa standartlarına uyğun istehsal edilib.

“Belkommunmaş” holdinqinin xarici iqtisadi fəaliyyət idarəsinin müdiri vəzifəsini icra edən Aleksandr Klakeviç bildirib ki, artıq bu ilin sonunda və ya gələn ilin əvvəllərində şirkət Avropa bazarlarına çıxacaq. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar