Azərbaycan `ADEX 2016` hərbi sərgisində 260-dan artıq məhsul nümayiş etdirəcək
22.09.2016 434 0.0 0

“2014-cü ildə keçirilən sərgidə biz cəmi 27 məhsul təqdim etmişdik. “ADEX 2016” sərgisində isə 260-dan artıq məhsul nümayiş etdirəcəyik”.

 

Məlumata görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib. O bildirib ki, "ADEX 2016" hərbi sərgisində açıq havada olan platformaların sahəsi daha da böyüyüb: “Sərgidə helikopterlər, qırıcılar nümayiş olunacaq”.

Nazir müavini sərgi zamanı bir sıra xarici şirkətlərlə müqavilə imzalanacağını da söyləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar