Aydın Mirzəzadə: ABŞ-ın Cənubi Qafqaz regionuna münasibətində bir sıra məqamlar dəyişəcək
09.11.2016 583 0.0 0

"Azərbaycanla ABŞ münasibətlərinin təməli ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qoyulub. Ona görə də hər iki ölkə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bir-biri ilə dost və əməkdaşlıq münasibətində qalacaqlar".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, hər iki ölkə bir-birinə beynəlxalq aləmdə və birgə fəaliyyətdə lazımdır: “ABŞ dünyanın supergüclərindən biri olduğundan, dünya proseslərinə ciddi təsir etmək imkanları var. Azərbaycan Şərqdə demokratik inkişaf edən, öz daxili və xarici siyasətini özü müəyyənləşdirən və unikal müasir dövlət qura bilib”.
A.Mirzəzadə qeyd edib ki, hər iki dövlət bir çox sahələrdə əməkdaşlıq edir: "ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçkiqabağı bəyanatlarında ölkənin xarici siyasətlərində bir sıra dəyişkliklərin olmasının vacibliyini vurğulamışdı. Düzdür, onun çıxışlarında Qafqaz və Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa mövqeyi bildirilməyib. Lakin hesab edirəm ki, ümumi dəyişikliklər paketində regiona münasibətdə bir sıra məqamlar dəyişəcək. Həmçinin, yeni prezidentin Azərbaycanla münasibətlərin ABŞ-ın maraqlarına cavab verdiyi qənaətinə gələcəyinə heç bir şübhəm yoxdur".
"Azərbaycan öz resursları hesabına güclü dövlət qurmaq modelini ortaya qoyub. Azərbaycan bir çox xalqların mədəniyyətlərini və dinlərini sərbəst inkişaf etdirə biləcəyi ölkədir. Bütün bu məsələlər Donaldın seçkiqabağı bəyanatlarında vaxtaşırı vurğulanırdı. Ümid edirəm ki, onun prezidentliyi dövründə hər iki ölkənin münasibətləri daha da güclənəcək", - deyə deputat vurğulayıb. /
report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar