Axtarışa verilən jurnalist: `Söyüş söymürəm, təhqir etmirəm`
27.01.2022 687 0.0 0

 Jurnalist Fikrət Hüseynov barəsində axtarış elan olması barədə qərara öz fikirlərini bildirib.

Qazeta.info xəbər verir F. Hüseyinli öz sosila media hesabında bildirib ki, istər mən, istərsə də Tural Sadiqli haqqında çoxdan cinayət işi var. Mən 2017-ci ildə siyasi sifarişlə açılmış bu işə görə, Ukraynada saxlanılmışam, 6 ay pasportuma əl qoyulub, sonda məhkəmə qərarı ilə pasportumu alıb Ukraynanı qanuni yolla tərk etmişəm. Üzərindən 5 il keçdikdən sonra köhnə cinayət işini yenilik kimi təqdim edib Azərbaycan hakimiyyətinin Bakı şəhər Baş Polis İdarəsi vasitəsilə məni axtarışa verməsi gülüncdür.

Mən heç harda gizlənmirəm, Nederlandda gələndən aldığım nömrəni istifadə edirəm. Sosial şəbəkə profilim hər kəsə açıqdır. Ən azı indiki dövrdə məni miqrasiya təşkilində günahlandırmaq da gülüncdür. Çünki 2 ildir pandemiyaya görə sərhədlər bağlıdır.
Bu işin başlıca səbəbi məni əbədi susdurmaq cəhdlərinin davamıdır.

Artıq Nederland Krallığının aidiyyatı qurumlarının məsələdən xəbəri var. Mən nə siyasətçiyəm, nə Azərbaycanda partiya üzvüyəm, nə də Avropada Azərbaycana bağlı siyasi təşkilat üzvüyəm. Söyüş söymürəm, təhqir etmirəm. Bütün əməllərim qanun çərçivəsindədir.Müstəqil, azad yaşamaq istədim və yaşayıram. Heç bir çirkli işdə əlim yoxdur, biznesmen deyiləm. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar