Avtomobil qəflətən alışdı-VİDEO
28.07.2015 779 0.0 0

Məlumata görə, hadisə ötən gün saat 20.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

 

Rayon sakini Surxay Şahbaz oğlu Həsənova məxsus "VAZ-21011" markalı minik maşınında  qəflətən alov başlayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı  qüvvəsi cəlb edilib.

 

Alov  lokallaşdırılıb. Yanğının digər ərazi və avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobillə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar