Avtomobil kanala düşdü, 5 nəfər həyatını itirdi - VİDEO
09.09.2019 498 0.0 0

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar