Avtomobil içindəki sərnişinlərlə birgə kanla düşdü - VİDEO
10.01.2022 240 0.0 0

Füzulidə kanala düşən avtomobilin sürücüsü və sərnişinlər boğulmaqdan son anda xilas edilib.

Məlumata görə, sürücünün qadın olduğu məlum olub. Hadisə Füzuli rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, Füzuli rayon böyük Bəhmənli kənd sakini, hunday markalı minik avtomobilinin sürücüsü Aygün Eldəniz qızı İsmayılova Füzuli istiqamətində hərəkətdə olarkən, qəfil idarəetməni itirib. Nəticədə sürücü və ailə üzvləri anası Gülşən Ərşad qızı Əliyevanın və Gülay Xanağa qızı İbadovanın da olduğu maşın Füzulinin Kərimbəyli kəndi istiqamətindən keçən Qarabağ kanalına düşüb.

Hadisədən xəbər tutan rayon sakinləri onları xilas edib. Ətrafdakıların köməkliyi ilə hər üç zərərçəkən boğulmaq təhlükəsindən son anda xilas olub./Trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar