Avtomobil çaya aşdı
07.12.2016 836 0.0 0

Daşkəsən rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Daşkəsən-Xoşbulaq avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Xoşbulaq kənd sakini, 1974-cü il təvəllüdlü Azər Mahmudov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolun buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarında olan çaya aşıb. Qəza zamana sürücü müxtəlif bədən xəsarətləri alaraq əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncədə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar