Avtobusda söyüş söyən qadının - Videosu
08.09.2017 838 0

“Bakubus” avtobusunda ön qapıdan düşmək istəyən sərnişinlə sürücü arasında münaqişə yaşanıb.
Qazeta.info Qafqazinfo.az-a istinadla xəbər verir ki, hadisənin video görüntüsünü Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə yayıb. O bildirib ki, hadisə 6 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib:
“Sərnişinlərdən biri ön qapıdan düşmək istəyir. Lakin sürücü buna mane olur və bildirir ki, avtobusdan düşmək üçün sərnişinlər orta və arxa qapılardan istifadə edə bilər. Mübahisə də elə bundan sonra başlayır. Xanım sərnişin qeyri-etik ifadələrlə sürücünü təhqir edir”.
Digər xəbərlər:
Şərhlər