Avtobus qəzasında ölən və xəsarət alanların əksəriyyəti məktəblidir - YENİLƏNİB
11.10.2016 984 0.0 0

Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

 

Məlumata görə, ölən və xəsarət alanların əksəriyyəti məkəblidir. Ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu bildirilir.

 

Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü  Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.

 

Xəsarət alan doqquz nəfər xəstəxanaya yerləşdirilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

*****

Sabirabadda yük avtomobili avtobusla toqquşub.

 

Məlumata görə, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, bir azyaşlı ölüb. Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar