Avtobus dayanacaqlarında avtomobil saxlayanlar cəzalanacaq
27.12.2016 1311 0.0 0

Azərbaycanda müntəzəm sərnişin daşıyan avtobus marşrutlarından və dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir.

 

Qazeta.innfo APA-nın məlumatına əsasən bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur.

 

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə əlavə edilən .0.8-ci bəndə görə, qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır və buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur.

 

Maddəyə əlavə edilən digər .0.9-cu bəndə görə isə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır və buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar