Avroparlament Qazaxıstanı sanksyalarla hədələyib
21.01.2022 286 0.0 0

Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda son etirazlar və iğtişaşlarla əlaqədar Qazaxıstanda insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə bağlı səs çoxluğu ilə qətnamə qəbul ediblər.

Bildirək ki, qətnamədə ciddi insan hüquqları pozuntularına görə Qazaxıstan rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırış yer alıb.

Sənədi səs verən 671 deputatdan 589-u dəstəkləyib, 35 deputat əleyhinə çıxıb, 47-si bitərəf qalıb.

Avropa Parlamentinin qətnamələri deklarativ xarakter daşıyır və məcburi deyil, lakin Aİ institutları və Avropa ölkələri onları nəzərə alır.

Qətnamədə deputatlar, xüsusilə, Avropa İttifaqı (Aİ) Şurasını 2022-ci ilin yanvarında etirazlar zamanı yol verilmiş ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan yüksək vəzifəli Qazaxıstan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıblar.

Avropa Parlamentinin deputatları həmçinin Aİ və beynəlxalq ictimaiyyəti ölkədə iki həftə ərzində keçirilən mitinqlər zamanı Qazaxıstan xalqına qarşı törədilmiş cinayətlərlə bağlı müvafiq beynəlxalq araşdırmaya dərhal başlamağa çağırır. Qətnamədə xüsusilə qeyd olunur ki, Almatı və Qazaxıstanın digər yaşayış məntəqələrində işgəncələr, əsassız həbslər, snayperlər tərəfindən öldürülmələr, dinc nümayişçilərin, o cümlədən azyaşlıların xəsarət alması hallarının araşdırılması zəruridir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar