Avropada təbii qaz ucuzlaşır
10.01.2022 289 0.0 0

Avropada təbii qazın qiyməti bu gün 1000 dollarlıq həddindən aşağı düşüb.

Bildirə ki, Londonun “İCE Futures” birjasında qazın fevral fyüçersləri əvvəlcə 1034 USD/1000 kubmetrədək bahalaşıb, sonra da 965 dollaradək geriləyib.

Xatırladaq ki, regionda qazın qiymətləri dekabrın 21-də 2190,4 dollarlıq tarixi rekord rəqəmindən sonra azalaraq ötən ilin son günü ,noyabrın 10-dan bu yana ilk dəfə 800 dollardan aşağı düşmüşdü. Bu ucuzlaşma həm ABŞ-dan LNG idxaklının artması, həm də yerli elektrik enerjisi istehsalında külək qurğuları payının artması ilə əlaqələndirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar