Avropada qazın qiyməti ucuzlaşıb
19.11.2021 299 3.0 0

Avropada qaz fyuçerslərinin qiymətləri ticarət sessiyasının sonunda 1 092 ABŞ dollarına düşüb.

Bildirək ki, bunu "ICE Futures"in məlumatları sübut edir.

Qeyd edilir ki, dekabr ayı qaz fyuçerslərinin dəyəri Niderlandın TTF indeksinə əsasən ticarət sessiyasının əvvəlində 1 120 ABŞ dollarını bir qədər keçib.

Qazın qiyməti gün ərzində 1 060 ABŞ dollarına düşsə də, ticarətin sonunda isə bir qədər yüksələrək 1 092 ABŞ dollarına çatıb ki, bu da bir gün əvvəl hesablanmış qiymətdən 2,4% aşağıdır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar