Avropada qazın qiyməti cüzi artıb
11.04.2022 393 0.0 0

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarına yaxınlaşıb.

Bildirək ki, 11 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 178 dollar təşkil edib, bu da əvvəlki hesablaşma qiyməti ilə müqayisədə 0,6 çoxdur.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar