Avropada qazın qiyməti 1 300 dollardan aşağı enib
11.03.2022 402 0.0 0

Bu gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 mart tarixində bəri ilk dəfə olaraq 1 300 ABŞ dollarından aşağı səviyyədə enib.

Bildirək ki, 11 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 296 dollar təşkil edib, bu da gün ərzində 10%-dan artıq azalma deməkdir.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum demək olar ki 3 900 dollaradək yüksəlib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar