Avropa Məhkəməsində azərbaycanlı girovlarla bağlı dinləmələr keçirilə bilər
04.11.2019 100 0.0 0

Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa Məhkəməsinə təqdim edib.

Məlumata görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç.Əsgərov vurğulayıb ki, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb.

Onun sözlərinə görə, bununla bağlı Avropa Məhkəməsinə çox müfəssəl mövqe təqdim olunub: “Bu prosesdə sonuncu mərhələdir. Bundan sonra Avropa Məhkəməsi artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər"./Trend/


Digər xəbərlər:
Şərhlər
avatar