Avropa İttifaqı və Azərbaycan yeni saziş üzrə danışıqlarla bağlı nümayəndə heyətlərini formalaşdırır
21.11.2016 608 0.0 0

"Hazırda Avropa İttifaqı və Azərbaycan hazırda yeni saziş üzrə danışıqlarla bağlı müvafiq nümayəndə heyətlərinin formalaşdırılması işini aparır".
 
Məlumata görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
 
M. Mard qeyd edib ki, bir çox sahələri əhatə edən geniş və hərtərəfli saziş üzrə danışıqlara başlayacaqlarından məmnundurlar.
 
"Bu həftə nəqliyyat üzrə nümayəndə heyəti Azərbaycana gəlir. Başqa nümayəndə heyətlərinin də səfəri gözlənilir. Hazırda bir çox sahələr üzrə çox intensiv danışıqlar aparırıq", - deyə o bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar