Avropa İttifaqı öz ordusunu yarada bilər
14.09.2016 451 0.0 0

Brüsseldə  Aİ-nin xarici və daxili təhlükəsizliyinin təmin olunması kimi vəzifələri icra edəcək Avropa ordusunun yaradılması məsələsi ətrafında  diskussiyalar aparılır. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə “İzvestiya”ya Avropa Komissiyasındakı mənbə bildirib.  

 

Təşəbbüsün təsdiqlənəcəyi təqdirdə Avropanın birləşmiş hərbi bloku artıq 2018-ci ilədək yaradıla bilər.

 

Bu təşəbbüsün əsas əleyhdarı son zamanadək Böyük Britaniya olub.  “Brexit”in nəticələri Aİ ölkələrinə müdafiə sahəsində daha sıx əməkdaşlıq etməyə şərait yaradıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar