Avropa çempionatında uğur qazanan cüdoçularımız Vətəndə
05.11.2019 465 0.0 0

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının üzvləri Vətənə dönüb.
Qazeta.info Cüdo Federasiyasının məlumatına əsasən bildirir ki, Heydər Əliyev adına Hava Limanında gənc cüdoçuların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideyinləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Rusiyada keçirilən Avropa birinciliyi Azərbaycan üçün əlamətdar olub. Belə ki, fərdi yarışlarda Rəşid Məmmədəliyev qızıl, Nurlan Osmanov gümüş medal qazanıb. Avropa birinciliyində azərbaycanlı beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması referimizə həvalə edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar