Atıcılıq yarışlarında çempionlar bir arada
16.06.2015 684 0.0 0
İlk Avropa Oyunlarında qadınlar arasında atıcılıq yarışları 5 gün davam edəcək və 6 hissədən ibarətdir

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,  Bakı 2015 ilk Avropa Oyunlarında azarkeşlər, 16-20 iyun tarixlərində qadınlar arasında atıcılıq üzrə səngər stendi yarışlarında iki lider çempionu arasında güclü yarışın şahidi olacaqlar. Oyunlar altı hissədən ibarətdir və hər bir yarışın qalibi avtomatik olaraq Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

16 iyunda başlanması planlaşdırılan atıcılıq üzrə stend yarışlarında London 2012 Olimpiya Oyunlarının qızıl medalçısı italiyalı Cessika Rossi və Beycinq 2008 Olimpiya Oyunlarının qalibi, bir nömrəli atıcı hesab olunan finlandiyalı Satu Makela-Nummela, dünya çempionu olmuş alman Katrin Quooss ilə qarşılaşacaq.

Atıcı Rossi Bakı 2015-də səngər stendi üzrə yarışlarda rəqibləri ilə döyüşlərin çətin olması ilə yanaşı maraqlı olacağı qənaətindədir. Qarşılaşmalar olsa da o, rəqib idmançılara hər zaman hörmət etdiyini bildirib:

Bakıda çox güclü rəqiblər var. Onlardan biri slovakiyalı Rehak Stefeçekova London 2012 oyunları zamanı gümüş medal qazanıb. O mənim dostumdur və böyük çempiondur. Alman idmançı Katrin Quooss aparıcı dünya çempionudur. Mən digər rəqiblərə də rəğbət hissi bəsləyirəm. İştirak edən böyük adlara görə bizim yarışlarımız doğurdan da sonuna qədər maraqlı və çox mühüm olacaq. -Cessika Rossi

London 2012 medal sahibi olmuş slovakiyalı Zuzana Rehak Stefeçekova da həmçinin atıcılıq oyunlarının keçiriləcəyi Bakı Atıcılıq Mərkəzindəki meydançada səngər stendi üzrə mübarizəni planlaşdırır.

Birinci Avropa Oyunlarında San Marinonun bayraq daşıyıcısı, Alessandra Perilli, London 2012 Oyunları zamanı atıcılıqda dördüncü yeri tutaraq vətəni üçün ilk Olimpiya medalını qazanmaq şansını itirmişdi. Bu uğursuzluqdan sonra o, daha əzmlə mübarizə aparacağına ümid edir.

Dairəvi stend yarışlarının 20 iyun tarixində keçirilməsi gözlənilir. Bu oyunlarda Olimpiya və Dünya Çempionatı üzrə bürünc medal sahibi slovakiyalı Danka Bartekova və dünya üzrə idmançılar siyahısında lider italyan Diana Bakosi kimi güclü atıcılar iştirak edəcək.

Ukraynalı atıcı Olena Kosteviç, London 2012 oyunlarında 10 və 25 metr məsafədən atəş üzrə bürünc medal sahibidir. O, həmçinin 2004 Olimpiya Oyunlarında 10 metr məsafədə atəş üzrə qızıl medal qazanıb. Güclü idmançı, 17 və 20 iyun tarixlərində atıcılıq yarışlarının 10 və 25 metrdən hava tapançası ilə atəş növü üzrə mübarizə aparacaq.

Hava tüfəng ilə atəş növü üzrə iki yarış, dünya çempionu olan italyan Petra Zublastinq tərəfindən 10 metr və almaniyalı Bit Qauss tərəfindən 50 metrdən atəşlə üç vəziyyətdə icra olunacaq.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar