ATƏT sədri ilə Lavrovun görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub
19.01.2017 1129 0.0 0

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunulub.  
 
Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
 
O deyib ki, ATƏT sədri ilə keçirilən görüşdə təşkilatın gündəliyində duran çox əhatəli məsələlərə baxılıb: “Nəzərə alsaq ki, Dağlıq Qarabağ məsələsi də ATƏT-in məsələsidir, bu məsələ də qeyd olunub. Lakin danışıqlar olmayıb. Bu məsələyə ATƏT-ə sədrliyin Avstriyaya keçməsi kontekstində gündəlikdə duran məsələlərdən bir kimi baxılıb. Əlavə məlumat isə məndə yoxdur”.
 
Qeyd edək ki, yanvarın 18-də Moskvada ATƏT sədri Sebastian Kurtsla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Görüşdə əsasən Ukraynadakı böhran müzakirə olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar