ATƏT PA-nın məruzəçisi: `Həmsədrlər münaqişənin həlli üçün bütün alətlər və mexanizmlərdən istifadə etməlidir`
24.02.2017 719 0.0 0

“Dağlıq Qarabağda 2016-cı ildə yaşananlar münaqişəsinin ən qızğın eskalasiyası olub”. 

Məlumata görə, bu barədə ATƏT Parlament Assambleyasının Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsinin məruzəçisi, isveçli Marqareta Sederfelt komitənin qış sessiyası çərçivəsində keçirilən iclasında deyib. 
 
M. Sederfelt bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün bütün alətlərdən və mexanizmlərdən istifadə etməlidir. O qeyd edib ki, Dağlıq Qarabağ da daxil olmaqla, ATƏT məkanındakı münaqişələr konstruktiv dialoq çərçivəsində həllini tapmalıdır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar