ATƏT-nümayəndələri regina səfərdən sonra bəyanat yaydı
20.02.2015 720 0.0 0

ATƏT-in Minsk Qrupunun Həmsədrləri fevralın 16-19-da regiona səfərləri ilə bağlı yekun bəyanat veriblər.

ATƏT-in saytına istinadla verilən məlumata görə, həmsədrlərə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də qoşulub.

Həmsədrlər Dağlıq Qarabağla bağlı prezidentlər, xarici işlər nazirləri və Azərbaycan və Ermənistan Müdafiə Nazirləri, habelə qondarma rejimin "hakimiyyət"i ilə görüşüblər. Həmsədrlərin səfərinin əsas məqsədi yanvar ayında cəbhə xəttində təhlükənin artmasından sonra atəşkəs rejiminə ciddi əməl etmək barədə tərəflərə müraciət idi.

Həmsədrlərlə müzakirələr zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirə biləcək təkliflərini nəzərdən keçirmək barədə razılığa gəliblər.

Həmsədrlər bu ilin sonunda prezidentlərin nəzərdə tutulan görüşü ilə bağlı hazırlıqları xarici işlər nazirləri ilə müzakirə ediblər.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də görüşüb. Onlar 2014-cü ilin oktyabrında BQXK-nın himayəsi altında itkin düşmüş şəxslərin informasiya mübadiləsi barədə Parisdə Sammit zamanı əldə olunan razılaşmanın vacibliyini qeyd ediblər./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar