Tarix: 03.12.2016,   Saat: 15:36, Şənbə.          

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər.
 Məlumata görə, bu barədə vasitəçilərin Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün yekunu üzrə yaydıqları birgə bəyanatda bildirilir.
"Görüş zamanı biz Vyana (2016-cı il may) və Sankt-Peterburq (iyun) sammitlərində əldə olunan sazişlərin reallaşdırılmasına xüsusi diqqət ayırdıq. Biz, xüsusilə münaqişənin nizamlanmasına gətirib çıxara biləcək substantiv danışıqlar mühitini yarada biləcək gələcək addımları müzakirə etdik. Bizim ölkələrin hökumətləri uyğun vaxtda prezidentlərin və xarici işlər nazirlərinin növbəti görüşlərini də qəbul etməyə hazırdır", - deyə həmsədrlərin birgə bəyanatında bildirilir./report/



  Bölmə: Xəbər | Baxış sayı: 190 | Tarix: 23.09.2016, 13:46


Xəbərlər