ATƏT Azərbaycanda keçiriləcək seçkilərdən imtina etdi
12.09.2015 721 0.0 0

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina edib.

Məlumata görə qurumun yaydığı rəsmi məlumatda deyilir ki, 'Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik". 

Bəzi müxalifət nümayəndləri o cümlədən Milli Şura və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) seçkidə iştirakdan imtina edib. 

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərarını bu strukturun öz mandatını ciddi şəkildə pozması adlandırıb. "Bu cür mövqe həm ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına, həm də ATƏT -in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir". 

Açıqlamada qeyd edilir ki, ATƏT DTİHB-nin müşahidə missiyasının seçkiləri izləyib-izləməməsindən asılı olmayaraq, Azərbaycan xalqı öz iradəsini şəffaf və açıq şəkildə ortaya qoyacaq. 

Bakıdan dəvətnamə aldıqdan sonra DTİHB bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Lakin Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini istəyib. 

Son günlər Avropanın bəzi qurumları ilə soyuq münasibətlər yaşanmaqdadır. Sentyabrın 10-da Avropa parlamenti də Azərbaycanla bağlı qətnamə qəbul edib. Bununla bağlı Prezident Aparatının rəhbərinin müavini Novruz Məmmədov "Twitter" hesabında yazıb ki, Avropa Ittifaqının bəzi strukturlarının atdığı addımlar göstərir ki, bu qurum heç şübhəsiz siyasi klimaks keçirir. 

Politoloqlar isə düşünür ki, ATƏT-i Azərbaycanda seçkilərin necə keçirilməsi deyil, onun dünyadakı imicinə xələl gətirmək marağlandırır. Millət vəkili Çingiz Qənizadə hesab edirki, bütün bunlar əvvəlcədən hazırlanmış ssenarinin tərkib hissəsidir

Çingiz Qənizadə "Hədəf Azərbaycan dövləti və onun prezidentidir. Onlar istəyir ki Azərbaycan bunların çaldığı havanı oynasın, müstəqil siyasət aparmasın. 

 

Çingiz Qənizadə - Millət vəkili


Seçkiləri müşahidə etmək üçün indiyə qədər MSK-da 74 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 69 nəfər öz təşəbbüsü, 5 nəfəri isə QHT-lər tərəfindən irəli sürülüb. 498 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bunlardan 254 nəfəri siyasi partiya, 13 nəfəri siyasi blok, qalanları isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar