AŞPA prezidenti vəzifəsinə bir namizəd var
22.01.2018 765 0.0 0

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə yalnız bir namizəd var.

"Report"un Fransa bürosunun məlumatına görə, bu, italiyalı deputat Mikele Nikolettidir.

Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar