AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb
14.09.2017 256 0.0 0

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.

 

Məlumata görə, səfər çərçivəsində onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.

 

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Onların həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq üçün müraciət etdikləri də bildirilir./apa/


Digər xəbərlər:
Şərhlər
avatar