Arvadını öldürüb, polisə atəş açan şəxs saxlanılıb
19.02.2022 300 0.0 0

Şirvanda arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxs saxlanılıb

Qazeta.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla bildir ki, fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü  Şirvan şəhər sakini   Abıyev Elnur Mətləb oğlu   şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.
Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açmış, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə  atəş açılaraq  hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılmışdır.  
Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar