Arvadı Qarabağa qaçan milyarderin sirrini açdı (VİDEO, FOTO)
09.07.2015 1888 0.0 0

Rusiyadan sirli səbəblərlə qaçaraq Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşmiş German Sterliqovun dedikləri həyat yoldaşı Alyona Sterliqova tərəfindən təkzib edildi. 

Məlumata görə, dünən Şuşada rusiyalı jurnalistlərə müsahibə verən milyarder tələm-tələsik Dağlıq Qarabağa yerləşməsini bölgənin gözəlliyi ilə bağlı olduğunu deyib. 

"Mən bütün dünyanı gəzmişəm və belə yerləri heç yanda görməmişəm. Belə gözəllik, belə məhsuldarlıq və ən başlıcası isə, insanlar arasında bu cür xeyirxah və mehriban münasibətin heç yerdə şahidi olmamışam. Burada, demək olar ki, aqressiya sıfır səviyyədir",- deyə 
German Sterliqov Xocalı soyqırımını törətmiş erməni işğalçıları barədə bildirib. 

Şuşada gizlənən German Sterliqov Xocalı başkəsənlərini tərifləyib

German Sterliqov dar macalda Rusiya ictimaiyyətini də tənqid etməkdən çəkinməyib: “Mən xoşbətəm ki, uşaqlarımı bura gətirmişəm. Mən onlara nəzəri cəhətdən danışırdım ki, insanlar arasında münasibət necə olmalıdır. Real olaraq müasir Rusiyada bu cür münasibətlər yoxdur”. 

German Sterliqov Şuşada rusları təhqir etdi

 

 

Amma German Sterliqovun arvadı Alyona Rusiyanın “Ren TV” telekanalına müsahibə verən zaman ərinin dediklərini, demək olar ki, təkzib edib. Jurnalistin “Rusiyanı niyə tərk etdiniz?” sualına Alyona Sterliqova cavab olaraq bildirib: “Bilmirəm, ərim belə qərar verdi. Dedi ki, vəziyyət elə yaranıb ki, biz hələ ki, Rusiyaya geri dönə bilmərik. Konkret nə baş verdiyini isə o, mənə sonra deyəcəyini söylədi”.

 

Alyona Sterliqova: "Ərim konkret nə baş verdiyini demir"

 

 

Daha öncə “REN TV” Sterliqovun Rusiyadan qaçmasının əsas səbəblərindən biri kimi adının millətçi BORN (rus millətçilərinin silahlı təşkilatı) qruplaşmasının cinayətlərində hallanmasını göstərmişdi. Rusiyada dövlət quruluşunu dəyişməyi qarşısına məqsəd qoymuş BORN qruplaşması millətçiliklə mübarizə aparan qeyri-rusları qətlə yetirirdi. 

Qruplaşma üzvlərindən biri Aleksey Korşunov Moskvada hakim Eduard Çuvaşovun ölümündə günahlandırılırdı. Daha sonra Korşunov Ukraynaya qaçdı və orada üzərində olan qumbaranın partlaması nəticəsində dünyasını dəyişdi. Qrup liderlərindən biri olan Nikita Tixonov vəkil Stanislav Markelovun və jurnalist Anastasiya Baburovanın güllənməsinə görə ömürlük həbs cəzasına çatdırılıb. BORN qruplaşması həm də antifaşist hərəkatının liderləri Fedor Filatovun, İlya Caparidzenin və İvan Xutorskinin, həmçinin tay boksu üzrə dünya çempion Müslüm Abdullayevin qətlə yetirilməsində günahkar sayılır. German Sterliqovun bu cinayətlərin neçəsində əli olduğunu yəqin ki, istintaqın gələcək gedişləri göstərəcək. 

Amma hələ ki, beynəlxalq hüquq müstəvisindən kənarda qalan Sterliqov Azərbaycanın qədim şəhəri 1757-ci ildə Pənahəli xan Cavanşir tərəfindən salınmış Şuşada özünü rahat sayır. Erməni işğalçıları azərbaycanlılara məxsus imarətlərdən birində yerləşən xalça muzeyində onun arvadı Alyona Sterliqovaya yer yerərək modaçılıqla məşğul olmasına şərait yaradıblar. Alyona Sterliqova Azərbaycanın Qarabağ məktəbinə aid xalçalarının arasında hələ ki, telekanallara müsahibə verməkdən başqa bir iş görməyib. 

Amma Sterliqovanın cəmi 40 min adamın qaldığı Qarabağ bölgəsində pulu necə qazanacağı sirr olaraq qalır. Bəlkə də, cinayətkar Sterliqov ailəsinin beynəlxalq hüquq müstəvisindən kənarda qalmış Dağlıq Qarabağ bölgəsi ilə bağlı başqa planları var. Hər halda, bölgə beynəlxalq narkotrafikin əsas keçid yollarından biridir və həmişə cinayət yolu ilə pul qazanmağa alışmış German yeni “biznes” sahəsində özünü sınamağa çalışır. /anspress/

 

 

Alyona Sterliqova Şuşa xalça muzeyində "işə düzəlib"

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar