AQTA `Le Moon` kafedə nöqsanlar aşkarladı
03.03.2022 261 0.0 0

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küç., ev 56, 2A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəbrayılzadə İbrahim Lamid oğluna məxsus “Le Moon” ictimai iaşə müəssisəsində keçirilən plandankənar yoxlama zamanı qida sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu məlum olub.

Qazeta.info AQTA-nın məlumatına istinadla bildirir ki, məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, normativ sənədlərin tələblərinə cavab verməyən məhsullardan istifadə olunduğu və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar