Aprelin 4-də gözlənilən hava proqnozu açıqlanıb
03.04.2022 318 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info verilən proqnoza əsasən bildirir ki, aprelin 04-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar