Aprelin 10-da gözlənilən hava proqnozu açıqlanıb
09.04.2022 327 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info verilən proqnoza əsasən bildirir ki, aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.


Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar