Aprel şəhidlərinin siyahısı Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib
03.04.2018 835 0.0 0

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin siyahısı və onlar haqqında məlumatlar Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib.

Qazeta.info AMEA-nın məlumatına əsasən bildirir ki, bundan əlavə, Azərbaycanın Milli Qəhrəmanları, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da bu bazaya əlavə olunub.

Qeyd edək ki, MRY layihəsinin məqsədi ölkəmizin qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və tədqiqatçıların istifadəsinə verməkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar