Aparıcı İlkin Həsəni xalqdan üzr istədi
17.09.2015 1016 0.0 0

Məşhur aparıcı İlkin Həsəni telekanallar arasında gedən qarşıdurmaları pisləyib.  

Məlumata görə, bu haqda rəsmi Feysbuk səhifəsindən xalqa və həmkarlarına səslənən aparıcı hər kəsi həmrəy olmağa çağırıb:   “Əziz dostlar, dəyərli izləyəcilərim. Son zamanlar TV-lər arasında yaman gərginlik yaranıb. Mən də vaxtı ilə hamı Mətanəti qınayanda həmkarıma həmrəy olmaq istədim, amma emosiyaya qapılıb yazdığım sözlər qonşu kanallarda inciklik yaratdı, əgər kimsə mənim həmin sözlərimi özünə aid edirsə, onlardan üzr istəyirəm. Gəlin biz TV isçiləri cəmiyyətə nümunə olaq, belə səhvlər etməyək, bir-birimizə kömək edək, bir-birimizin işinə qarışmayaq! Bir sözlə, gəlin həmrəy olaq"!   Qeyd edək ki, may ayında Bakıda baş verən faciəvi yanğına münasibət bildirən aparıcı Mətanət Əliverdiyevanın çıxışı çoxlarının qəzəbinə tuş gəlmiş və ANS telekanalının bu haqda hazırladığı süjet kanallar arasında qarşıdurmaya gətirib çıxarmışdı. İlkin Həsəni isə Mətanət Əliverdiyevanın müdafiəsinə qalxmışdı./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar