ANS-lə MTRŞ-nın məhkəməsinin vaxtı açıqlanıb
31.12.2015 552 0.0 0

ANS Müstəqil Yayım və Media Şirkəti iləMilli Televiziya və Radio Şurası (MTRŞ) arasında gedən məhkəmə çəkişməsi davam edir. 

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, şirkət bu dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadından apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində baxılacaq məhkəmə işinin vaxtı açıqlanıb. Yanvar ayının 8-də keçiriləcək iclasa hakim Sərvət Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, MTRŞ televiziya kanalından "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qarşılıqlı iddianın qaytarılması ilə bağlı qərardad çıxarılıb. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar