ANS-in MTRŞ-ya qarşı məhkəməsindən xəbər var
29.11.2016 648 0.0 0

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası təxirə salınıb. APA-nın məlumatına görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə işə dekabrın 7-də baxılması qərara alınıb.

 

Qeyd edək ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. ANS də bundan qarşılıqlı şikayət verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar